Ay Qız Heyranın Ollam
Xalq Mahnısı
Mətni Yazan: Siyamək Səlamzadə
Bağa girdim üzümə,
Tikan batdı dizimə,
Əyildim çəxartmağa, balam,
Yar göründü gözümə.
Ay qəz heyranın ollam,
Ay qəz ceyranın ollam,
Gedərsən yola sallam,
Qalarsan qadan allam,
Gedərsən yola sallam, balam,
Qalarsan qadan allam.
Meynədə üzüm qaldı
Dərmədim üzüm qaldı
Bir evdə iki bacı, balam,
Birində gözüm qaldı.
Ay qəz heyranın ollam,
Ay qəz ceyranın ollam,
Gedərsən yola sallam,
Qalarsan qadan allam,
Gedərsən yola sallam, balam,
Qalarsan qadan allam
آهو كيمی گوزلرين
Ahu Kimi
Xalq Mahnısı
Mətni Yazan: Siyamək Səlamzadə
Ahi kimi gözlərin
Şirin-şirin sözlərin
Sən mənimsən, mən sənin
Niyə lazım sözlərin
Canım, gözüm ay sözüm,
Sənsiz mən necə dözüm
Sənsən mənim öz gülüm
Çəməndəki bülbülüm
Mən səndən əl üzmərəm
Sənsən mənim sevgilim
Canım, gözüm ay sözüm,
Sənsiz mən necə dözüm
Ay qız, dur gəl yanıma
Qadan-bəlan canıma
Mən səndən əl üzmərəm
And olsun vicdanıma
Canım, gözüm ay sözüm,
Sənsiz mən necə dözüm